"Mingəçevir" Ağsudan 3 xalla qayıdır - VİDEO

19:29 - 9 Noyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında 8-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Difai Ağsu" doğma meydanda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Mingəçevir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə sonuncu yerdədir.

"Difai-Ağsu" - "Mingəçevir" 0:1
Qol: 
Elsevər Bəkirzadə, 81

Xəbər xətti