"Qaradağ Lökbatan"ı lider edən qələbə - VİDEO

18:50 - 10 Noyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında VIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Qaradağ Lökbatan" çempionatın lideridir. 3 xalı olan "Araz Saatlı" isə 9-cu yerdədir.

"Qaradağ Lökbatan" - "Araz Saatlı" 3:0
Qollar:
Xəlil Bəşirov, 51, Mehdi Həşumov, 83, Murad Qayalı, 89

Xəbər xətti