“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının qalibi olan Kadiri Mohammedə mükafatlar təqdim olunub.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə mükafat “Araz-Naxçıvan” – “Kəpəz” görüşündən əvvəl verilib. "Araz-Naxçıvan"ın futbolçusuna mükafatları "Dalğa Arena"da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Qeyd edək ki, Kadiri Mohamedin Premyer Liqanın 10-cu turunda "Qəbələ"yə vurduğu qol ən yaxşı seçilib.
saytlarin hazirlanmasi