Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyunu Bakıda keçiriləcək. "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci matçda isə "Turan Tovuz" öz meydanında "Sabah"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqası, XIII tur
16:30. “Neftçi” – “Sumqayıt” 1:2
Qol: Ataa Caber, 34 - Murata, 56, Kehat, 69
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”
19:00. “Turan Tovuz” – “Sabah” 2:3
Qol: Fərid Nəbiyev, 25 (pen), Bruno Qonçavles, 37 - Davit Volkov, 8, 25, 42
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu