Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 403 komandadan ibarət siyahıda Azərbaycanın 3 təmsilçisi var.
Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 131,5 xalla 70-ci yerdədir. "Qarabağ" ötən ayla müqayisədə 9 pillə geriləyib.
"Neftçi" və "Sabah" da reytinqdə geriləyib. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.
saytlarin hazirlanmasi