"Qarabağ"ın oyununun biletləri satışda

16:16 - 11 Noyabr 2023

Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması sabah saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti