“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.
Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qəbələdəki ilk oyunda Azərbaycan təmsilçisi 0:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi