Azərbaycanlı futbolçu Ukrayna millisinə cəlb oluna bilər

15:33 - 15 Noyabr 2023

"Polessye"nin futbolçusu Emil Mustafayevin Ukrayna millisində çıxış etmək şansı yaranıb.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi adıçəkilən millisinin baş məşqçisi Sergey Rebrovun diqqətini çəkib. O, komandasında daimi oynamağa başladıqdan sonra millinin qarşıdakı toplanışlarına cəlb oluna bilər.

Qeyd edək ki, əslən azərbaycanlı olan Emil U-21 yığmamızda forma geyinib. 

Ötən mövsüm “Aleksandriya”da oynamış Mustafayev bu yay “Polesye”yə keçib. Uzun müddətdir ki, AFFA Mustafayevi milliyə cəlb etmək üçün heç bir addım atmır. 
 

Xəbər xətti