Azərbaycanlı futbol mütəxəssisi Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.
- Azerbaycan millisi bu gün İsveçin önünə çıxacaq. Bu matç haqda nə düşünürsünüz? Milli sizcə, xal ala bilər?
- Milli komandamız bu oyuna xal almaq üçün çıxacaq. Yəqin, əllərindən gələni edəcəklər ki, heç olmasa bir xal götürsünlər. Niyə də olmasın? Çünki komandamızda artıq legioner həyatı yaşayan futbolçularımız çoxdur, özlərini də klublarında yaxşı tərəfdən göstərirlər. Çempionatda da futbolçular arasında rəqabət çoxalıb. İnanıram ki, milli minimum bir xal götürə bilər.
- İsveçin qrupdan çıxmaq şansı yoxdur. Millimiz isə ilk görüşdə onlara böyük hesabla məğlub olub. Bu amilin millimiz üçün təsiri necə ola bilər?
- Amma bu o demək deyil ki, hansısa komanda çıxıb rahat şəkildə futbol oynayacaq. İnanmıram, hər ikisi qələbə üçün oynayacağıq. Bir nüans da var ki, ola bilər başqa heyət yığdılar. Bu da o dərəcədə inandırıcı deyil. Hər iki komanda üç xal üçün oynayacaq. Ən vacib olan da, bizim millimizdi.
- Heyətə cəlb edilən futbolçular haqda fikriniz necədir? Sizcə, hazırda millidə yaxşı nəticələr qazana biləcək heyət yığılıb?
- Bəli, indi heyətə cəlb olunanlar milliyə layiq və qələbə qazandıracaq oyunçulardır. Legionerlərimizin çoxu da öz komandasında oynayır. Özlərini layiqincə göstərirlər. Nəticə əldə etmək üçün milli yaxşı oyunçular cəlb edilir.
- Millimiz İsveç və Belçika ilə görüşlərdə neçə xal toplaya bilər?
- Heç biri asan rəqib deyil, tanıyırıq onları. Avropada adlı-sanlı millilərdir. Buna baxmayaraq, çalışacaqlar ki, millimiz bu iki oyunda istəkli göstərib, xal alsınlar. Çünki rəqib asan rəqib deyil. Amma minimum xal mümkündür. Niyə də olmasın? Məncə, hansısa komandadan bir xal götürmək olar.
- Sizcə, millinin qapısı kimə etibar ediləcək?
- Fikrimcə, ən real namizəd Şahruddindir. Uzun illərdir ki, millimizin əsas heyətinin qapıçısıdır. Millidə də özünü yaxşı tərəfdən göstərir. Düzdü, ortaya sual çıxır ki, Şahruddin "Adana Dəmirspor" da əsas heyətdə oynamır. Amma oynamasa da, bu gün üçün millimizdə ən təcrübəli qapıçıdır. Məncə, ona daha çox önəm verib, onu oynadacaqlar. Şahruddin buna layiqdir.
- Qarşıdakı iki oyun Canni De Byazinin millidəki talieyinə təsir edəcək? Sizcə, italiyalı mütəxəssislə yollar ayrılmalıdır?
- Bu haqda hansısa fikir demək düzgün deyil. Çünki qərarı rəhbərlik verir. Hər halda, rəhbərlik ilin sonunda nəticələrdən sonra bütün bunları analiz edəcəklər. Sonda qərar verəcəklər. Zamana buraxmaq lazımdı. Həmin zaman gələndə, rəhbərlik bu haqda qərarını açıqlayacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi