Fransa klubu sabiq baş məşqçisinə tapşırıldı

09:17 - 20 Noyabr 2023

"Renn"in baş məşqçisi Bruno Jenezio şəxsi səbəblərə görə komandanı tərk edib.

Sportal.az xəbər verir ki, Fransa klubu sabiq baş məşqçisini geri qaytarıb. 

Belə ki, komanda Julyen Stefana həvalə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı Jenezio 2021-ci ilin martından “Renn”ə rəhbərlik edirdi. Stefan isə artıq 2018-2021-ci illərdə “Renn”i çalışdırmışdı.

Xəbər xətti