"Düşünmürəm ki, "Zenit"in baş məşqçisi "Neftçi" ilə matçın nəticəsindən razı qalsın"

14:29 - 20 Noyabr 2023

Rusiyalı sabiq futbolçu, hazırda ekspert kimi çalışan Aleksandr Bubnov “Neftçi” – “Zenit” (2:1) görüşü haqda danışıb.

Sportal.az “sportbox”a istinadən xəbər verir ki, veteran futbolçu matçın maraqsız keçməsindən bəhs edib: 

"Bu, tipik məşq oldu. Əsas məqsəd zədələnməmək idi. Təəssüf ki, zədənin qarşısını almaq mümkün olmadı - ilk hissədə Mantuana əvəzlənməli oldu, Rodriqao da rəqibi ilə başbaşa toqquşdu. Semak bu oyunda hansı problemləri həll etdi? İlk növbədə, oyun tonusunu qorudu. O, ehtiyat oyunçular skamyasında oturan futbolçulara, həm də gənclərə şans verdi. Amma düşünmürəm ki, “Zenit”in məşqçilər korpusu “Neftçi” ilə matçın nəticəsindən, həm də oyun keyfiyyətindən razı qalsın. Çox az adam uduzduğu matçlardan razı qalır.

"Zenit" "Neftçi" ilə mövsümün əvvəlində oynamışdı. Buna baxmayaraq, oyun orta tempdə keçdi, “Zenit” bütün gücünü vermədi, bacardığı qədər təzyiq göstərmədi. Ümumiyyətlə, qarşılaşma maraqsız keçdi, azarkeşlərin ona baxmaqda maraqlı olması ehtimalı azdı".

O, “Neftçi”nin futbolçusu Reziuan Mirzovun vurduğu qolları isə bu cür şərh edib: “Neftçi”nin iki qolu Mirzovun müstəsna fərdi ustalığıdır. Kombinasiya deyildi, uzun ötürmələri qəbul etdi, cərimə meydançasına daxil oldu, driblinqlərlə müdafiəçiləri ötüb qollarını vurdu. Ancaq "Zenit"in də etdiyi heç nə olmadı. Vurduqları qol da, səhvdən sonra oldu. Meydanda fərqləndirəcəyimiz heç kim yox idi. Mirzov iki qol vurdu, ancaq bundan savayı özünü xatırlatmadı".

68 yaşlı mütəxəssis “Dinamo”(Moskva), “Spartak”(Moskva), “Red Star”(Fransa) klublarında, həmçinin SSRİ millisində oynayıb.

Xəbər xətti