AFFA-da iclas: De Byazi millinin baş məşqçi postunu tərk etdi

11:26 - 22 Noyabr 2023

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.

Sportal.az xəbər verir ki, yığıncaq federasiyanın inzibatı binasında təşkil olunub.

Tədbir saat 10:00-da başlayıb. İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.

İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verəcəkdi. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək.

De Byazi iclasdan 10 dəqiqə sonra iclası tərk edib. Məlumata görə, AFFA italiyalı ilə müqavilə müddətini uzatmayıb və federasiya onunla yollarını ayırıb. 

Xəbər xətti