"Qarabağ"ın futbolçuları Leandro Andrade və Patrik Andradenin formasını geyindiyi Kabe Verde yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, adıçəkilən kollektiv Esvatini ilə üz-üzə gəlib.
Bu matçda Kabo-Verde millisi 2:0 qələbə qazanıb.
Patrik meydana start heyətində çıxsa da, 61-ci dəqiqədə əvəzlənib. Leandro isə 77-ci dəqiqədə meydana daxil olub.
"Qarabağ"ın legionerlərinin şərəfini qoruduğu milli D qrupunda iki oyundan sonra 4 xalla 3-cü pillədədir.
saytlarin hazirlanmasi