Ukrayna yığmasının çalışdırıcısı Azərbaycanla matç haqda: "Hesabdan razıyam, oyunumuzdan yox"

12:28 - 22 Noyabr 2023

Ukraynanın U-21 yığmasının baş məşqçisi Unai Melqosa AVRO-2025-in seçmə mərhələsinin F qrupunda (U-21) Azərbaycan yığması üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportal.az “Xsport”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis görüşlə bağlı bunları deyib:

“Problemlərimiz çox idi. Kifayət qədər şansımız var oldu, 2-3 top tirdən qayıtdı. Amma biz qolları vura bilmədik və özümüzü daha rahat hiss etməyə başladıq. İlk hissənin son dəqiqələrində penalti qazanmaq bizə qismət oldu. İkinci hissə, şübhəsiz ki, ən yaxşı oyunumuz deyildi. Bəzən belə qarşılaşmalar olur, amma biz bunun qarşısını almağa çalışırıq. Rəqib müdafiənin çox dərinliyində mövqe tutmuşdu  bizi gözləyirdi və biz də bunu qəbul etmişdik. Onlar başqa cür davranmadı. Hesabdan razıyam, oyunumuzdan qətiyyən yox".

Xəbər xətti