Braziliya millisinin antirekordu

12:43 - 22 Noyabr 2023

Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsinin Argentinaya məğlubiyyəti (0:1) pentakampeonların təsnifat mərhələsində öz meydanında ilk yenilgi kimi tarixə düşüb.

Sportal.az “Opta”ya istinadən xəbər verir ki, ümumilikdə, 1954-cü ildən bu yana Braziliya millisi evdə 65 oyun keçirib. Onlardan 51 matçı qazanmış braziliyalıların aktivində  13 heç-heçə var idi. Bu komandanı evində ilk dəfə məğlubiyyətə uğradan isə Argentina olub. 

Daha bir antirekord braziliyalıların ardıcıl üçüncü məğlubiyyəti olması idi. Bu,onların dünya çempionatının seçmə mərhələləri tarixində ən uzun seriyasıdır.

Onlar bundan əvvəl Uruqvay (0:2) və Kolumbiyaya (1:2) uduzmuşdu.

Xəbər xətti