"Bavariya" qışda heyətini gücləndirmək istəyir.
Sportal.az "Sky Sport Germany"yə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etməyi planlaşdırır.
Amma hələlik Almaniya çempionu “Napoli” və ya futbolçunun özü ilə danışıqlara başlamayıb. Lakin yaxın vaxtlarda Almaniya nəhəngi 22 yaşlı gürcünün transferi üçün hərəkətə keçəcək.
Gürcü futbolçunun özünün də Almaniya Bundesliqasında oynamağa müsbət yanaşdığı bildirilir.
saytlarin hazirlanmasi