"İrəvan"dan bölgə klubuna 3 qol - VİDEO

17:07 - 22 Noyabr 2023

Azərbaycan I Liqasında IX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "İrəvan" öz meydanında "Difai Ağsu"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 17-yə yüksəldən "İrəvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə sonuncu yerdədir.

"İrəvan" - "Difai Ağsu" 3:1
Qollar: 
Arsen Ağcabəyov, 80, Kamal Mirzəyev, 90+4, Cavid Tağıyev, 90+5 - Tahir Zeynalov, 75

Xəbər xətti