"İmişli" "Qaradağ Lökbatan"ı qəbul edir, "Zaqatala" Mingəçevir səfərində

10:31 - 23 Noyabr 2023

Azərbaycan I Liqasında IX turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutacaq:

14:00. "Araz Saatlı" - MOİK

14:00. "Mingəçevir" - "Zaqatala"

14:30. "İmişli" - "Qaradağ Lökbatan"

Qeyd edək ki, turun ilk oyununda dünən "İrəvan" öz meydanında "Difai Ağsu"nu 3:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Şamaxı" - "Kravan" matçı ilə yekun vurulacaq.

Xəbər xətti