"Latsio"nun baş məşqçisi Mauritsio Sarri “Çelsi”dən "Yuventus"a keçdiyi üçün peşmandır.
Sportal.az xəbər verir ki, “La Repubblica”ya danışan təcrübəli mütəxəssis bu addımının səhv olduğunu etiraf edib:
"Yuventus"da məndən Çempionlar Liqasını qazanmağımı istəyirdilər. Mesaj aydın idi. Orada İtaliya A seriyasını qazanmağı bacardım. Rəhbərlik oyun tərzini dəyişmək istədi, lakin onların qətiyyəti yox idi. “Çelsi”ni tərk etməklə səhvə yol verdim. İtaliyaya dönmək doğru qərar deyildi”.