"Fənərbaxça"nın idarə heyətinin üzvü Səlahəddin Baki ÇSKA-nın İrfan Kahveci ilə maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “sport24.ru”ya danışan Türkiyə klubunun rəsmisi məsələsi haqda bunları deyib:
"İrfan üçün ÇSKA-dan heç bir təklif almamışıq. Transfer mümkündürmü? Konkret təklif olmayana qədər, bu haqda danışmaq doğru olmaz".
Rusiya mətbuatda yayılan xəbərlərə görə, ÇSKA 28 yaşlı futbolçusu üçün 10 milyon avro ödəməyə hazırdır.
Kahvecinin "Fənərbaxça" ilə müqaviləsi2 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi