"Mançester Yunayted"in qapıçısı Andre Onananın qarşıdakı oyunlarda komandasına kömək edib-etməyəcəyi bəlli olub.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, kamerunlu qolkiper artıq ümumi qrupla məşqlərə başlayıb.
Həkim müayinəsindən keçən qapıçının zədəsinin ciddi olmadığı aşkarlanıb. Onun noyabrın 26-da "Everton"a qarşı keçiriləcək görüşdə meydana çıxacağı gözlənilir.
saytlarin hazirlanmasi