İsgəndərlinin komandası yarımçıq qalmış matça çıxdı, liderliyə yüksəldi

18:49 - 23 Noyabr 2023

Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb. 

Sportal.az xəbər verir ki, "Partizani" ilə görüş 24-cü dəqiqədə "Eqnatiya"nın kapitanı Rafael Dvamenanın ürəktutması və həyatını itirməsinə görə yarımçıq qalmışdı. 

Görüş qaldığı yerdən davam etdirilib. Oyun 1:1 hesabı ilə də başa çatıb. Vüsal 76-cı dəqiqədə əvəzlənib. 

"Eqnatiya" - "Partizani" - 1:1

Qollar: Malota, 11 (1:1), Bintsouka, 13 (1:1)

"Eqnatiya" 27 xalla liderdir. 

Xəbər xətti