"Qarabağ" Premyer Liqanın 14-cü turda "Sabah"ın qonağı olacaq.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin Kabe-Verde millisində oynayan iki futbolçusu – Patrik Andrade və Leandro Andradenin bu matçda meydanda olmayacağı gözlənilir.
Buna səbəb odur ki, futbolçular Kabo-Verde millisinin düşərgəsindən yeni ayrılıb. Hər iki oyunçu bu gün "Qarabağ"a qoşulub.
“Sabah” – “Qarabağ” matçı sabah “Bank Respublika Arena”da keçiriləcək və matça 20:00-da start veriləcək.
Kabe-Verde millisi sonuncu matçında noyabrın 21-də Esvatiniyə qarşı oynayıb və 2:0 qalib gəlmişdi. Bu görüşdə Patrik Andrade 61-ci, Leandro Andrade isə 77-ci dəqiqədə meydana çıxmışdı.
saytlarin hazirlanmasi