"Lans"ın baş məşqçisi Frank Ez "Mançester Yunayted"in müdafiəçisi Rafael Varanın sabiq komandasına qayıda biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Footmercato”ya açıqlama verən fransalı mütəxəssis adıçəkilən futbolçunun maaşının yüksək olmasından ehtiyat edir:
"Əgər Rafael "Lans"a qayıtmaq istəsə, onu burada qucaq açaraq qarşılayacağıq. Amma onun müqaviləsi ilə vəziyyət fərqlidir. Mətbuatdan oxudum ki, “Bavariya” ona istədiyi maaşa zəmanət verməkdə çətinlik çəkir. Əgər bu, “Bavariya” üçün çətindirsə, biz isə heç nə deyə bilmərik (gülür). Bu, müzakirə üçün əla səbəbdir, lakin indi bu barədə danışmağın mənası yoxdur".
Fransalı 2002-2011-ci illərdə “Lans”ı sistemində yer alıb.
saytlarin hazirlanmasi