Lider Saatlıdan 3 xalla qayıdır - VİDEO

11:10 - 24 Noyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında IX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Araz Saatlı" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma "hərbçilər"in minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən MOİK liderliyini davam etdirir. 3 xalı olan "Araz Saatlı" isə 9-cu yerdədir.

"Araz Saatlı" - MOİK 0:1
Qol: 
Sabir Allahquliyev, 51

Xəbər xətti