Azərbaycan yığmasının sabiq üzvü Bosniya və Herseqovinada oynayacaq

16:17 - 24 Noyabr 2023

Azərbaycanın (U-16, U-17) U-19 və U-20 yığmasının sabiq üzvü Nikolaz Baçaliaşvili karyerasını Bosniya və Herseqovinada davam etdirməyə yaxındır.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı sağ cinah müdafiəçisi “Qabela” ilə anlaşmağa yaxındır. 

Futbolçunun almaniyalı meneceri onun bu komandaya keçidini böyük ölçüdə həll edib. “Dinamo”nun (Tbilisi) yetirməsi olan Nikolaz “Kəpəz”, “Qəbələ”, “Spaeri”(Gürcüstan) klublarında oynayıb.

Ötən mövsüm isə “Araz-Naxçıvan”la Azərbaycan birinci divizionun qalibi olub. Yaydan bu yana isə o, Gürcüstanın “Borjomi” klubunun formasını geyinir.
 

Xəbər xətti