"Rostov"un məşqçisi: "Millinin yeni baş məşqçisi Samir Abasov olmalıdır, işinin fanatıdır"

16:48 - 24 Noyabr 2023

"Canni De Byazinin ayrılığı mənim üçün gözlənilməz deyildi. Bu, sadəcə zaman məsələsi idi. Təbii ki, Canni De Byazi də komandaya müəyyən töhfə verdi. Lakin fikrimcə, bu, komandaya lazım olan töhvə deyildi. Halbuki, hazırda Azərbaycan millisinə toplaşan futbolçularla uğurlu nəticə vermək mümkündür.  Sadəcə, gərək baş məşqçi yüksək keyfiyyətli iş görməli və düzgün oyunçuları seçib ortaya müasir kombinasiyalı futbol ortaya qoysun. Bu da vaxt tələb edən məsələdir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Maqomed Kurbanov deyib. Vaxtı ilə Azərbaycan yığmasının formasını geyinmiş 31 yaşlı məşqçi milli komandamıza hansı baş məşqçisini namizəd gördüyünü də açıqlayıb. 

Hazırda “Rostov” futbol akademiyasında məşqçi kimi işləyən Maqomed Samir Abasov haqda xoş fikirlər səsləndirib: "Azərbaycan milli komandasının yeni baş məşqçisi əcnəbi, yoxsa yerli mütəxəssis olmalıdır? Təbii ki, o, öz sahəsində fanatik, müasir futbolu, tendensiyaları bilən, taktikanı, oyunçuları anlayan yerli mütəxəssis olmalıdır. Məncə, Azərbaycan millisinin yeni baş məşqçisi Samir Abasov olmalıdır. O, bu işin öhdəsindən gələ bilər. Abasov öz işinin fanatıdır. Ona zaman və işləmək üçün azadlıq versələr, milli ortaya əməlli-başlı oyun qoyacaq".

Maqomed Kurbanov karyerası ərzində “Rostov”, “Taqanroq”, “Sumqayıt”, “Neftçi”, “Kəpəz” və “Sabah” klublarında, həmçinin Azərbaycanın U-17, U-19, U-21 və əsas millisində çıxış edib.

Mirbağırağa

Xəbər xətti