"Tvente" bir il ərzində stadionda pivə satışından rekord gəlir əldə edib.
Sportal.az "Ria Novosti”yə istinadən xəbər verir ki, bu, futbolçu satışından daha çoxu deməkdir.
Niderland klubu işçilərin maaşları və ərzaq alışı xərclərini nəzərə almasaq, təxminən 10,5 milyon avro qazanıb.
Klubun futbolçu satışından isə büdcəsinə 6,4 milyon avro daxil olmuşdu.
Niderlandlı idman jurnalisti Tom Knippinq də özü məsələ haqda sosial şəbəkəbə bunları yazıb: “Qəribədir ki, “Tvente” oyunçu satışından daha çoxunu pivədən qazanıb. Mən Avropanın heç yerində belə hadisə ilə qarşılaşmamışam”.
saytlarin hazirlanmasi