Premyer Liqa klubunun çalışdırıcısı futboldan uzaqlaşdırılan italiyalı haqda: "Həvəsdən düşməyib"

17:49 - 24 Noyabr 2023

"Nyukasl"ın baş məşqçisi Eddi Hou mərc oyunları oynadığına görə 10 ay futboldan uzaqlaşdırılan komandanın yarımmüdafiəçisi Sandro Tonalinin durumu haqda danışıb.

Sportal.az xəbər verir ki, “The Mirror”a açıqlama verən ingilis mütəxəssis italiyalının həvəsdən düşmədiyini deyib:

"Sandro məşqlərini çox yaxşı şəkildə yerinə yetirir. Sadəcə, onun xidmətindən istifadə edə bilməməyimizə çox əsəbiləşir. Bura gəldiyi gündən bu yana məşqlərdə onu bu cür görməmişdik. Düşdüyü vəziyyəti çox yaxşı idarə edir. Bu, onun xarakterinin əsas əlamətidir. Cəzalandırılsa da, həvəsdən düşməyib. Zamanını gözləyəcək və cəza müddəti bitdikdən sonra meydana çıxacaq”.

Tonali mövsümün əvvəlində “Nyukasl”la 5 illik müqavilə imzalayıb.

Xəbər xətti