Rusiya millisinin Kuba yığması arasında keçirilmiş yoldaşlıq görüşü Rusiyada Rekordlar Kitabına daxil ediləcək.
Sportal.az xəbər verir ki, buna səbəb hesab deyil. Məsələ burasındadır ki, ruslar milli komanda bir matçda qol vuran oyunçuların sayına görə (8 nəfər) öz rekordunu yeniləyib.
Onlar bu nəticəni rəsmi olaraq Rekordlar Kitabına əlavə etmək qərarına gəliblər. Bu həmin kitabın həm çap, həm də onlayn variantına daxil ediləcək.
Mərasim böyük ehtimalla dekabrın əvvəlində baş tutacaq. Millinin baş məşqçisi Valeri Karpin və Rusiya Futbol İttifaqının rəhbərliyi iştirak edəcək.
Qeyd edək ki, Rusiya Kubaya 8:0 hesabı ilə qalib gəlib. Şimal qonşularımızın bu görüşdəki qollarını 8 fərqli futbolçu vurub (İvan Oblyakov 22, Aleksandr Qolovin, 30, Anton Mirançuk 34, Aleksandr Silyanov 55, Aleksandr Sobolev, 66, Danil Pruçev 68, Nikita Krivçov 74, Andrey Mostovoy 78).
saytlarin hazirlanmasi