"Neftçi" indidən mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçulardan bəzilərini saxlamaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" Kilan Lebonla müqavilə müddətini artırmaq niyyətindədir.
Amma futbolçu son vaxtlarda əsas heyətdə az-az oynadığı üçün hələ ki, tam qərarını verməyib. Belə ki, Reziuan Mirzovun gəlişindən sonra Lebon daha çox sonradan meydana daxil olur.
Sent-Martin millisinin üzvünün "Neftçi" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
26 yaşlı futbolçu 2023-cü il yanvarın 19-da "Astana"dan "Neftçi"yə keçib.
saytlarin hazirlanmasi