Yığmamızın sabiq üzvü qol vurdu, komandası 9:0 qalib gəldi

21:19 - 24 Noyabr 2023

Gürcüstan çempionatında 34-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvü Abdulla Xaybullayev formasını geyindiyi “Samtrediya” “Şukura”nın qonağı olub.

Görüş Xaybullayevin komandasının 9:0 hesablı qələbəsi ilə başa çatıb.

O, 40-cı dəqiqədə komandasının 4-cü qolunu vurub. Abdulla müqavilə ilə “Sabah”a məxsusdur və Gürcüstan klubuna bir il əvvəl icarəyə yollanmışdı.

Xəbər xətti