"Mənim tövsiyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə yer alacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyyə edim".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, "Azərbaycan milli komandasında əcnəbi, yoxsa yerli baş məşqçinin işləməsinin tərəfdarısınız?" sualını belə cavablandırıb: "Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim düzgün olmaz. Adımın hallanmasına gəlincə, 15 ildir ki, adım Azərbaycan millisi ilə hallanır. Digər məşqçilərin də həmçinin. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir".
Mirbağırağa
saytlarin hazirlanmasi