Premyer Liqa klubu qazaxıstanlının transfer xəbərini yalanladı

12:34 - 25 Noyabr 2023

Qazaxıstan millisinin və “Zenit”in müdafiəçisi Nuralı Alipin “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun mətbuat xidməti məsələ ilə bağlı “Transfer şayiələrini şərh etmirik” açıqlamasını verib.

23 yaşlı qazaxıstanlı futbolçu Sankt-Peterburq klubuna 2023-cü il yanvarın 1-də keçib.

O, 2025-ci il iyunun 30-na qədər Rusiya nəhənginə məxsusdur. Buna qədər isə Alıp “Kayrat”ın formasını geyinib.

Xəbər xətti