"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanına yollanmaq variantına sahibdir.
Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü “Əl-İttihad”a keçə bilər.
Hazırda ərəblər onun transferi üçün müəyyən təklif paketləri hazırlayırlar. Braziliyalı özü də, daha yüksək maaş təklifi olacağı təqdirdə, ərəblərlə razılaşmağa müsbət baxır.
31 yaşlı futbolçunun Mançester klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
O, “San Paolo”, “Real”(Madrid), “Porto” klublarında oynayıb.