"Traktor"da oynamış azərbaycanlı: "Azərbaycana qayıtmaq istəyərəm"

13:49 - 25 Noyabr 2023

"İrandakı vəziyyətim normaldır. Özünüz də, bilirsiz ki, burada liqalar çox rəqabətlidir, yaxşı səviyyədədir. Təbii ki, hər şey normal gedir. Komandalar arasında böyük rəqabət var. Mövsüm davam edir, karyeramda dəyişiklik edib-etməyəcəyimi qışda görəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Peyman Keşavarz deyib.

Əslən azərbaycanlı olan müdafiəçi hazırda İranda "Mes Sungun" klubunda forma geyinir. Azərbaycandan ayrıldıqdan sonra "Traktor"la anlaşmış Keşavarz sonradan hazırkı komandasına keçmişdi. "Sumqayıt", "Səbail" və "Kəpəz"də çıxış etmiş Peyman Premyer Liqamıza qayıtmaq haqda düşündüyünü bildirib:

"Azərbaycanda oynadığım hər bir klubda maksimum gücümü meydanda qoymuşam. Bunu hamı bilir. Təbii ki, yenidən Azərbaycana qayıtmaq istəyərəm. Orada oynamaq mənim üçün hər zaman xoşdur. "Traktor" kimi komandanın da formasını geyinmişəm. Bilirsiz ki, onlar ən böyük klublardandır. Mən oraları da görmüşəm. Bu mənada, Azərbaycandan təklif gələrsə, istənilən komandaya kömək etməyə hazıram. Gücüm də çatar".

Mirbağırağa
 

Xəbər xətti