"Zenit"in qadınlardan ibarət komandası Rusiya çempionatının qalibi olub.
Sportal.az xəbər verir ki, son turda ÇSKA ilə qarşılaşan Sankt-Peterburq təmsilçisi rəqibini 2:0 məğlubiyyətə uğradıb.
Görüşdən əvvəl komandaların xalları eyni olsa da, şəxsi görüşlərdə vurulan qolların fərqinə görə “Zenit” ən üst pillədə qərarlaşıb.
Adıçəkilən klub ardıcıl ikinci ildə çempionluğu bayram edib.
Qeyd edək ki, bu klubda oynayan futbolçulardan biri də Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevadır.