"Mançester Siti"nin hücumçusu Erlinq Haalandın agenti olan Rafaela Pimenta futbolçunun "Real"a (Madrid) mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Pimenta “Mundo Deportivo”ya açıqlamasında norveçli haqda bunları deyib:
"Erlinq "Real"la müqavilə imzalayacaqmı? Bunu məndən yox, Madrid klubunun rəsmilərindən soruşmalısınız".
Qeyd edək ki, Haaland 2022-ci ilin yayında "Borussiya”dan(Dortmund) "Mançester Siti"yə keçmişdi. Bu mövsüm norveçli hücumçu “şəhərlilər”in heyətində bütün turnirlərdə 18 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Norveçlinin müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.