"Real"ın sabiq baş məşqçisi Fabio Kapellonun iki gün öncə Azərbaycana səfər etməsi planlaşdırılmışdı.
Sportal.az saytına verilən məlumata görə, italiyalının paytaxtımıza səfəri ləğv edilib.
Qeyri-rəsmi səfər təşkilatçılar tərəfindən təxirə salınıb. Çünki Kapello İrana yollanası olub. Onun Azərbaycana gəlişinin nə vaxt baş tutacağı isə hələ ki, dəqiqləşməyib.
Qeyd edək ki, İngiltərə və Rusiya millilərini çalışdırmış təcrübəli mütəxəssisin Bakıya gələrək Azərbaycan futbolu ilə tanış olması, həm də seminar keçməsi nəzərdə tutulurdu.
saytlarin hazirlanmasi