"Mançester Yunayted"in futbolçusu zədələndi, bir ay oynamayacaq

11:43 - 25 Noyabr 2023

"Mançester Yunayted"in futbolçusu Meyson Maunt baldır əzələsini zədələyib. 

Sportal.az "Manchester Evening News" portalına istinadən xəbər verir ki, ingilis futbolçu həkim müayinəsindən keçib və onun zədəsini sağaltmasının bir ay çəkəcəyi dəqiqləşib.

Belədə, Mount son 3 ayda "qırmızı şeytanlar"ın düşərgəsində ikinci dəfə sıradan çıxıb. 

Bundan əvvəl, avqust ayında yarımmüdafiəçi bud nahiyəsindən zədələnmiş və bu səbəbdən 37 gün meydana çıxa bilməmişdi.

Maunt keçən yay “Çelsi”dən “Mançester Yunayted”ə keçmişdi. Bu müddət ərzində ingilis bütün turnirlərdə 12 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.
 

Xəbər xətti