AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq. Noyabrın 26-da start götürəcək turnirə 30-da yekun vurulacaq. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.
Turnirin təqvimini və oyunları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Belarus
26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov
Azərbaycan – Mərakeş
28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı
Mərakeş – Belarus
30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov