Hazırda Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir.

Sportal.az xəbər verir ki, bu stadion Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununu qəbul etməyə hazırlaşır.

Belə ki, işğaldan azad edildikdən sonra Xankəndi şəhər stadionunda ilk oyunu “Qarabağ”ın iştirakı ilə keçirilməsi planlaşdırılır.