"Bavariya" Bundesliqanın 12-ci turunda səfərdə “Köln”ü 1:0 məğlub edib.
Sportal.az xəbər verir ki, bu matçda baş vermiş hadisə Münhen klubu üçün yaddaqalan olub.
Belə ki, Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel “Köln”lə matçda oyunçu dəyişikliyindən istifadə etməyib.
Sonuncu dəfə “Bavariya”da bu hadisə 2010-cu ildə baş vermişdi. Həmin mövsüm Lui van Qal “Sankt-Pauli” ilə görüşdə (3:0) əvəzetməsiz qalib gəlmişdi.