“Zirə” heyətini Azərbaycan millisinin üzvü ilə gücləndirəcək.
Sportal.az saytına verilən məlumata görə, “Sabah”ın futbolçusu Ceyhun Nuriyev qəsəbə klubuna keçəcək.
Artıq tərəflər arasında razılıq əldə edildiyi bildirilir.
“Sabah”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq Ceyhun artıq müəyyən müddətdir ki, əvəzedici heyətə göndərilib. Onun qışdan sonra “Zirə”nin formasını geyinəcəyi dəqiqləşib.