"Neftçi" "Araz-Naxçıvan"la, "Zirə" "Sumqayıt"la heç-heçə etdi - YENİLƏNİB

19:55 - 26 Noyabr 2023

Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Neftçi" ilə "Araz-Naxçıvan" üz-üzə gəlib. "Neftçi Arena"da keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Tura Sumqayıtda yekun vurulub. Burada şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

26 noyabr (bazar)

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar:
Yuri Matias, 41 - Orxan Əliyev, 90+3
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”, 15:30

“Sumqayıt”– “Zirə” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”, 18:00

Xəbər xətti