"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi. İkinci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və yaxşı, belə "Neftçi"yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi.
- "Araz-Naxçıvan" zəif komandalarla oyunlarda daha çox xal itirir, güclülərlə isə əksinə...
- "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var idi. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub.
- Rəhbərliklə bağlı problemlər var? Sizin də narazılığınız var...
- Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır.
- Milli komandamız haqda fikriniz necədir? Azərbaycan yığmasına kimin gəlməsini istəyərdiz? Sizə təklif olsa, işləyərsiz?
- Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim çərçivəmiz deyil. Hər şey burda həll olunmur.
- Dönüş nöqtəsi bu oyun oldu?
- "Kəpəz"lə də pis oynamadıq. Eniş hardasa olmalıdır. Bizdə də 11 turdan sonra göründü ki, beş günlük istirahət gününə düşə bilmədik. "Kəpəz"lə matçda futbolçulardan razı qalmışdım. Uşaqların hamısı bu gün 10 kilomotrdən yuxarı qaçıblar. Bu da Avropa göstəricilərinə yaxındır.
- Orxan Əliyev müxtəlif mövqelərdə oynayıb. Onu mərkəz hücumçusu kimi oynadırsız. Vinger kimi oynatmaq istəyirsiz onu?
- Futbolçunun bədən dili var. Cinahda oynayan futbolçu daha cəld olmalıdır. Orxanda bu yoxdur. Onu arxaya çəksəm, hücumda kimi oynadacam.
- Meydana daxil olandan sonra oyunun son 5-10 dəqiqəsinə qədər komanda yoldaşları onu topsuz qoydu. Futbolçular ona güvənmir?
- Orxan ilk onbirliyin futbolçusudur. Komanda yoldaşları ilə münasibəti idealdır. Neçə milyonluq "Neftçi" yə qarşı oynayırdıq. Meydanda kiməsə etiraz etmək emosiyadır. Futbolda mənim kimi səbrli dayanmaq olmaz.
- Ədalətli nəticə 1:1 idi?
- Məğlub da ola bilərdik. Demirəm ki, udmalıyıq. Bu gün qismətimizdə 1:1 hesabı idi. Uda da bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana udmaq üçün çıxmışdıq.
Mirbağırağa
saytlarin hazirlanmasi