Misli Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda üç qol vurub. Bu görüşdə meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.
Bilelə qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olub. Bununla da Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb.
Sonuncu dəfə bir çempionatda 3 het-trikə 2018/19 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdirib.
Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.
saytlarin hazirlanmasi