“Qarabağ”ın futbolçusu Redon Cicanın “Ankaragücü”nün maraq dairəsində olması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, albaniyalı hücumçu qışdan sonra da Ağdam klubunda qalacaq.
Amma Türkiyə klubu Cicadan vaz keçməyəcək. Belə ki, “Ankaragücü” ən pis halda, yay Redonun keçidinə çalışacaq. 25 yaşlı forvard bu ilin yanvar ayında “Tirana”dan “Qarabağ”a keçib.
Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. “Şkendiya”nın yetirməsi olan forvard “Laçi”də də çıxış edib.
saytlarin hazirlanmasi