“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya çempionatının 14-cü turunun "Real Sosyedad"la oyununda (1:2) qırmızı vərəqə ilə cəzalandırılıb.
Sportal.az “ITASportPress”ə istinadən xəbər verir ki, bununla da təcrübəli futbolçu antirekordçu kimi tarixə keçib.
O, Primeroda qırmızı vərəqə sayına görə hamını qabaqlayır.
Ramosun indiyə qədər Primero matçlarında aktivində 21 qırmızı vərəqə var.
37 yaşlı futbolçu yayda "Sevilya"ya keçib. Onun Əndəlusiya klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi