“Liverpul”un üzvü Mohammad Salah eyni komandada oynamaq istədiyi üç futbolçunun adını çəkib.
Sportal.az xəbər verir ki, “The Mirror”a danışan misirli yarımmüdafiəçi həmin siyahıya dünya ulduzlarının adını daxil edib:
“Messi və Ronaldo ilə komanda yoldaşı olmaq istəyərdim. İngiltərə Premyer Liqasından bir nəfəri seçəsi olsam, Kevin De Bruynenin adını çəkə bilərəm. Amma düzü, mən ilk növbədə Messi və Ronaldonun adını çəkərdim. Bu gerçəkləşə bilər, ya yox dəqiq bilmirəm”.
31 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Onun qışda "Əl-İttihad"a keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi